Qızıl ucuzlaşdı, gümüş bahalaşıb (17.07.2025)

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərin dəyəri 0.32% azalaraq 3,348.20 ABŞ dollarına bərabər olub.
ENA.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 0.39% artaraq 38.26 ABŞ dolları təşkil edib.