Azərbaycan Mərkəzi Bankında yeni təyinat

Azərbaycan Mərkəzi Bankında Kapital bazarlarına nəzarət departamentinin direktor müavini vəzifəsinə təyinat olub.
Məlumata görə, Namiq Quliyev Kapital bazarlarına nəzarət departamentinin direktor müavini təyin edilib.
O, 2023-cü ilin avqust ayından 2025-ci ilin iyul ayına kimi Azərbaycan Mərkəzi Bankında Kapital bazarları və infrastruktur nəzarəti şöbəsinin müdiri olub.
Namiq Quliyev 2005-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə bakalavr dərəcəsinə, 2014-2015-ci illərdə isə Queen Mary Universitetində maliyyə ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.