Bitcoin-in qiymətində YENİ REKORD

ABŞ prezidenti Donald Trampın avqustun 1-dən etibarən Avropa İttifaqı (Aİ) və Meksikaya 30 faizlik gömrük vergisi (tarif) tətbiq etmək qərarından sonra Bitcoin-in qiyməti rekord həddə çatıb
ENA.az xəbər verir ki, Bitcoin-in qiyməti ilk dəfə 120 000 dollara çatıb.
Donald Trampın ABŞ-da ikinci müddətə prezident seçilməsindən sonra sürətlə bahalaşan Bitcoin-in qiyməti bir neçə ay ərzində 100 000 dollar civarında olub.
Trampın siyasi və iqtisadi siyasətləri ilə bağlı narahatlıqlar Bitcoin-in bahalaşmasına təkan verib.