Hərbi Prokurorluğun şöbə rəisi işdən çıxarıldı

Azərbaycan Hərbi Prokurorluğunda kadr dəyişikliyi olub.
ENA.az “Teleqraf”a istinadən xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev müvafiq Əmr imzalayıb.
Əmrə əsasən, Kamran Əlihəsən oğlu İsgəndərov Respublika Hərbi Prokurorluğunun Maddi-texniki təminat şöbəsinin rəisi vəzifəsindən azad edilib.
Digər Əmrlə həmin vəzifəyə Mirzəyev Abuzər Surəddin oğlu təyin olunub.
Xatırladaq ki, 2005-ci ildən Azərbaycanın hərbi prokuroru olan Xanlar Vəliyev aprelin 8-də təqaüdə göndərilib.
Prezident İlham Əliyevin mayın 13-ü imzaladığı Sərəncamla Bəhruz Əhmədov baş prokurorun müavini-hərbi prokuror təyin edilib.