TURİZM

Azərbaycanda çinli turistlərin sayı ötən illə müqayisədə 70 % artıb

Çin və Azərbaycan viza azadlığı haqqında sazişin qarşılıqlı ratifikasiyası və implementasiyası üçün lazımi addımlar atır.

Bunu Çinin Azərbaycandakı səfiri Lu Mey Beynəlxalq Sivilizasiyalararası Dialoq Gününə həsr olunmuş tədbirdə bildirib.

"Bu ilin yanvar-aprel aylarında Azərbaycana gələn çinli turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 70 % artıb. Qarşılıqlı viza azadlığı haqqında sazişin qüvvəyə minməsinin bu axını daha da gücləndirəcəyi gözlənilir. Tərəflər artıq onun ratifikasiyası və implementasiyası üçün lazımi addımlar atırlar", - o bildirib.

Diplomat vurğulayıb ki, diplomatik missiya bu sazişin Çin tərəfindən ratifikasiya proseduru barədə vaxtında məlumat verəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)