Amazon Pensilvaniyada süni intellektə sərmayə qoymaq qərarını açıqladı

Amazon Pensilvaniya ştatında süni intellekt infrastrukturunu genişləndirmək üçün 20 milyard dollar sərmayə qoymağı planlaşdırdığını bildirib.
İnvestisiya ilə birdən çox innovasiya şəhərciyinin yaradılacağı bildirilən açıqlamada 1250 iş yerinin yaradılacağı və yerli icma layihələrinin işçi qüvvəsinin inkişafı üzrə təlim proqramları ilə dəstəklənəcəyi bildirilib.
Açıqlamada Amazonun 2010-cu ildən bəri Pensilvaniyaya 26 milyard dollar sərmayə qoyduğu qeyd edilərək, şirkətin 27 min işə birbaşa dəstək verdiyi vurğulanıb.
Keçən həftə Amazon Şimali Karolinada bulud və süni intellekt infrastrukturunu genişləndirmək üçün 10 milyard dollar sərmayə qoymağı planlaşdırdığını açıqladı.