"Fitch": “Azsığorta”nın investisiya portfeli yüksək risklidir
“Fitch” beynəlxalq Reytinq Agentliyi “Azsığorta” ASC-nin reytinqinə yenidən baxıb.
"Businessinsider.az" bu barədə Agentliyə istinadən xəbər verir.
Məlumata görə, qurum Sığortaçının Maliyyə Gücü (Insurer Financial Strength – IFS) reytinqini “B” səviyyəsində saxlayıb, reytinq üzrə proqnozunu isə “Mənfi”dən “Sabit”ə yüksəldib.
“Fitch” hesab edir ki, 2018-ci ildə “Azsığorta” 2017-ci illə müqayisədə daha güclü maliyyə performansı nümayiş etdirib və onun Beynəlxalq Maliyyə Hesabatlılığı Standartlarına (International Financial Reporting Standards – IFRS) uyğun olaraq təqdim olunmuş audit hesabatında zərərli ehtiyatların olmaması əks olunub.
“Reytinq şirkətin nisbətən güclü kapital mövqeyini, onun zəif biznes mövqeyini və investisiya portfelindəki yüksək riski əks etdirir”, - deyə agentlik bəyan edib.