Vakansiyalar

Hüquqşünas işləmək istəyənlərin nəzərinə - İŞ VAR

Şirkət haqqında:

“AzerGold” QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.

Vakansiyanın adı:

Hüquqşünas (maliyyə və vergi hüququ üzrə)

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Azərbaycan Respublikasının maliyyə, mühasibat uçotu, vergi və büdcə qanunvericiliyi haqqında dərin akademik biliklərə malik olmalı;
• Komanda ruhu, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və müxtəlif hüquq sahələri ilə əlaqəli təhlil etmə bacarığı, hesabat yazma səriştəsi;
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili arzuolunandır, Microsoft Office və digər proqramlar

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali hüquq təhsili. 
• Maliyyə və vergi hüququnun tətbiqi və şərhi üzrə 2 ilə qədər iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq  "Hüquqşünas (maliyyə və vergi hüququ üzrə)" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) cv@azergold.az elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department