İxracdan ən çox qazanan Azərbaycan şirkətlərinin siyahısı açıqlanıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın may sayını təqdim edib.
ENA.az xəbər verir ki, 2025-ci ilin yanvar-aprel ayları üzrə hazırlanmış qeyridövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar:
“MKT İstehsalat Kommersiya” MMC,”Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “UNİTED ALLİANCE GROUP LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialı, “Baku Steel Company” QSC, “Avrora” Məhdud Məsuliyyətli Cəmiyyəti, “P-AQRO” MMC, “Expor t St ream” Məhdud Məsuliyyət li
Cəmiyyəti,”BİNƏ AQRO” QSC, “Sahdag Sy” Məhdud Məsuliyyətli Cəmiyyəti, “LEPIN LM” Məhdud Məsuliyyətli Cəmiyyəti.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC,”Azərbaycan Hava Yolları” QSC,“Azərenerji” ATSC,Naxçıvan MR Dövlət Energetika Xidməti,“Qaradağ Şüşə Zavodu” ASC.