Hadisə

“Beynəlxalq Bank”ın sabiq əməkdaşının cəzası azaldıldı

Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin külli miqdarda mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Yasamal rayon filialının Fiziki şəxslərlə iş şöbəsinin məsləhətçisi - Rüfət Muradov və onun dostu Anar Vəliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"BI"nin xəbərinə görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hər iki şəxsin apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, R.Muradovun 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası 7 ilə, A.Vəliyevin 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası isə 6 ilə endirilib.

Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Yasamal rayon filialının Fiziki şəxslərlə iş şöbəsinin məsləhətçisi R.Muradovla dostu A.Vəliyev, ümumilikdə, 118 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə ittiham olunurlar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Muradov 8 il və A.Vəliyev isə 7 il müddətinə azadlıqdan məhrum edilib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)