CNN: İsrail İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır

İsrail Silahlı Qüvvələri, Vaşinqton və Tehran arasında danışıqlara baxmayaraq, İranın nüvə infrastrukturuna zərbə endirməyə hazırlaşır.
Bu barədə CNN telekanalı ABŞ-nin hakim dairələrindəki mənbələrə istinadən məlumat yayıb.
“İsrailin İranın nüvə obyektlərinə zərbə endirmək ehtimalı son aylarda əhəmiyyətli dərəcədə artıb və ABŞ ilə İran arasında Tehranın bütün urandan imtina etməyəcəyi bir sazişin bağlanması perspektivi bu zərbənin ehtimalını artırır”, – rəsmilərdən biri telekanala açıqlayıb.
Mənbələr İsrail iqtidarının hücumla bağlı yekun qərar verib-vermədiyini bilmir, ABŞ kəşfiyyat məlumatları isə yəhudi dövlətinin niyyətini birmənalı təsdiqləmir. Zərbəyə hazırlığın dolayı əlamətləri arasında İsrail Hərbi Hava Qüvvələrinin texnika və silahlarının yerdəyişməsi və onların manevrlərini göstərmək olar.
Eyni zamanda, İsrailin nüvə proqramı məsələlərində İranı ciddi güzəştlərə məcbur etmək üçün güc nümayişinə əl atması istisna edilmir.
Xatırladaq ki, ABŞ və İran Omanın vasitəçiliyi ilə Tehranın nüvə proqramı ətrafında fikir ayrılıqlarının həlli üzrə dörd raund danışıqlar aparıb.