“BirKart BOKT” 2024-cü il üzrə maliyyə hesabatını açıqladı

“BirKart BOKT” MMC 2024-cü il üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən qeyd etmək olar ki, maliyyə qurumu 2024-cü ildə investisiya fəaliyyəti göstərməklə özünün törəmə cəmiyyətlərinin kapital artımında iştirak etmiş və göstəriciləri sabit qalaraq 86 031,180 manat təşkil etmişdir.
Əsas vəsaitlər və digər aktivlərin dəyərdən düşməsi üzrə zərər, inzibati və əməliyyat xərcləri ilə əlaqədar olaraq “BirKart BOKT” MMC 2024-cü ili 401 855,11 manat xalis zərərlə başa vurmuşdur.
2024-cü ilin sonunda “BirKart BOKT”un cəmi aktivləri 87 163 917 manat, nizamnamə kapitalı isə 88 335 580 manat təşkil etmişdir. Hazırda BOKT-un fəaliyyətində köklü dəyişiklik planlaşdırılır. Xüsusən, cari ildə yeni məhsulların yaradılması üzərində işlər aparılır.
Qeyd edək ki, 2018-ci ildə kreditlərin verilməsi məqsədilə yaradılan “BirKart BOKT” MMC-nin 31 dekabr 2024-cü il tarixində nizamnamə kapitalının 100 %-i “Kapital Bank” ASC-yə məxsus olub. BOKT cari ildə hüquqi ünvanını dəyişərək Bakı şəhəri Nəsimi rayonu, Neftçilər prospekti 153 ünvanında fəaliyyətini davam etdirir.