Neft 60 dollara satılır

Bugün Brent nefti 1.4 faiz ucuzlaşaraq 60 dollara satılır.
OPEC+ şənbə günü Goldmanın əsas iddiasına uyğun olaraq iyun ayında hasilatı gündəlik 411 min barel artırmaq qərarına gəlib.
Goldman indi OPEC+ hasilatının iyul ayında əvvəllər proqnozlaşdırılan 140,000 barel artımla müqayisədə son 410,000 barel artacağını gözləyir.
Brent markalı neftin 2025 və 2026-cı il üçün orta qiymət təxminlərini bir barel üçün 63 və 58 dollar olaraq açıqlayan Goldman Sachs, bu təxminləri bir barel üçün 60 və 56 dollara endirdi.
Goldman 2025-ci ilin qalan hissəsi üçün West Texas Intermediate xam nefti üçün orta proqnozunu 56 dollar/barel, 2026-cı il üçün isə 52 dollar/barel səviyyəsində açıqlayıb. Əvvəlki təxminlər müvafiq olaraq 59 dollar/barel və 55 dollar/barel idi.