Azərbaycan BOKT-unun zərəri 73% azalıb
“Kredeks” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2017-ci ili 47 min manat zərərlə başa vurub.
Bİ.az BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2016-cı ilə nisbətən 73% azdır.
Ötən il “Kredeks”in gəlirləri 149 min manat, o cümlədən faiz gəlirləri 133 min manat, xərcləri 189 min manat, o cümlədən faiz xərcləri 47 min manat, xüsusi ehtiyatlara ayırmaları isə 7 min manat təşkil edib.
Bu il yanvarın 1-nə “Kredeks”in aktivləri 443 min manat olub ki, bu da illik müqayisədə 19,5% azdır. Bunun 388 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2017-ci ildə BOKT-un kredit portfeli 17,8% kiçilib.
Hesabat dövründə “Kredeks”in öhdəlikləri 15,9% azalaraq 317 min manata, balans kapitalı isə 27,2% azalaraq 126 min manata düşüb.