"OPEC+" neft hasilatı planına düzəliş edəcək

"OPEC+" ölkələri bazarda sabitliyə nail olmaq üçün neft hasilatı ilə bağlı qərarlara düzəliş etməyi planlaşdırır.
TASS xəbər verir ki, bu barədə jurnalistlərə İranın neft naziri Mohsen Paknejad məlumat verib.
"Biz plana düzəliş etməyi planlaşdırırıq. Hazırda bazarda sabitliyi təmin etmək üçün "OPEC+" razılaşmasına daxil olan digər ölkələrlə birlikdə bəzi qərarlar qəbul edəcəyik", - o qeyd edib.
OPEC-in üzvü və "OPEC+" razılaşmasının iştirakçısı olan İran neft hasilatına tətbiq edilən məhdudiyyətlərdən azaddır. Eyni zamanda, İranın neft naziri 2025-ci ildə OPEC konfransının prezidentidir. Bu vəzifəyə hər il OPEC-ə üzv olan ölkələrin nümayəndələrindən biri seçilir.