2025-ci ildə neftin qiyməti aşağı və dəyişkən olaraq qalacaq - PROQNOZ

"ABŞ-ın tarif siyasəti nəticəsində neft qiymətlərinin aşağı düşməsi geniş iqtisadi təsirlərə səbəb olur".
B barədə "Moody’s" beynəlxalq reytinq agentliyindən bildirilib.
Agentlik qeyd edib ki, ABŞ-ın ticarət siyasəti nəticəsində ticarət müharibəsi qorxusu qlobal iqtisadi artımın zəifləməsinə və beləliklə, neftə olan tələbatın azalmasına gətirib çıxara bilər: "Bununla yanaşı, OPEC+ neft hasilatını artırmaq qərarına gəlib və bu da bazarda təklifi artırır. Bu səbəbdən apreldə Brent və WTI neft markalarının qiyməti müvafiq olaraq 65 və 62 dollar səviyyəsinə düşüb".
"Moody’s" əlavə edib ki, 2025-ci ildə xam neftin qiymətinin aşağı və dəyişkən qalacağı gözlənilir: "OPEC və OPEC+ hasilat məhdudiyyətlərini aradan qaldırmaq planlarını davam etdirərsə, ilin ikinci yarısında ehtiyatların artacağı ehtimal olunur".