Bank

Buferin tətbiqi kreditləşmə potensialını 2,5 milyard azaldacaq. Portfelin dinamikası üzrə - BANKLARIN RENKİNQİ

Bu ilin mart ayından Azərbaycan banklarına kontr-tsiklik kapital buferinin təyin edilməsi ilk növbədə kredit portfelinin həcmini azaldacaq. Bankların əsas gəlirləri kreditlərə tətbiq etdikləri faizlərdən formalaşdığından analoji olaraq bu addım bankların gəlirlərini də azaldacaq.

Azərbaycan Mərkəzi Bankının Baş Direktoru Şahid Mahmudzadənin sözlərinə görə, buferin tətbiqi kreditləşmə potensialını 2,5 milyard manat azaldacaq.

Qeyd edək ki, hazırda bank sektorunun kredit portfeli 27 milyard 592.4 mln. manatdır.

Bu ilin birinci rübü üzrə kreditləşmədə yaranan mənzərəyə hələki buferin təsiri yoxdur. Bu, özünü  ilk altı ayının nəticələrində göstərəcək. Ümumiyyətlə, gələn rüb bir neçə kateqoriya üzrə maraqlı rəqəmlərlə qarşılaşacağıq.

Beləliklə, bu ilin birinci rübü üzrə kredit portfeli azalan bankların sırasına Bank Melli İran Baku rəhbərlik edir. Ötən ilin əvvəlində kredit portfelinin azalması qeydə alınan Xalq Bank bu il də "qırmızıdır". PAŞA Bankın kredit portfelində az da olsa kiçilmə dinamikası ilə "qırmızılar"ın siyahısına daxil olub. 

Bankların sırası

2025-ci il, I RÜB, mln manatla

2024-cü il yekun, mln manatla

Rüblük dinamika, % ilə

 Ziraat Bank Azərbaycan ASC

574.7

529.7

8.5

 Azərbaycan Sənaye Bankı ASC

305.81

296.45

3.2

 Rabitəbank ASC

874

848.1

3.1

 AccessBank QSC

1186.2

1151.6

3.0

 Yelo Bank ASC

960.3

935.1

2.7

 Kapital Bank ASC

5338.9

5211.2

2.5

 TuranBank ASC

666.9

651.8

2.3

 Bank of Baku

777

760.4

2.2

 AFB Bank ASC

186.8

183.1

2.0

 Bank Respublika ASC

1499.9

1471.9

1.9

 ABB ASC

6468.9

6350.8

1.9

 Unibank KB ASC

1170.3

1154.5

1.4

  Yapı Kredi Bank Azərbaycan QSC

320.6

317.6

0.9

 Azər Türk Bank ASC

806.4

799.9

0.8

 Bank VTB (Azərbaycan) ASC          

235.8

235

0.3

 Bank BTB ASC

281.6

282.3

-0.2

 Premium Bank ASC

464.7

466.6

-0.4

 Expressbank ASC

499.5

502

-0.5

 PAŞA Bank ASC

3285.7

3303.3

-0.5

 Xalq Bank ASC

1838.6

1887.2

-2.6

 Bank Avrasiya ASC

131.6

136.2

-3.4

 BankMelli İran Bakı filialı

2.7

3.2

-15.6

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)