Bilgəhdə satışa çıxarılan 12 milyonluq - VİLLANIN FOTOLARI

Bilgəh qəsəbəsində 12 milyon manata ev satışa çıxarılıb. Bina.az-da yerləşdiriləmn məlumata görə, 12 otaqdan ibarət evin ümumi sahəsi 1600 kv metr təşkil edir.
Klassik üslubda tikilmiş müasir rezidensiya Bilgəh kəndində yerləşir. Elanda qeyd edilir ki, ev kəndin ən bahalı küçəsindədir. Yaşayış 100 sot ərazidə 2 mərtəbədən ibarətdir. Evdə sauna, kaorke otağı, bilyard zalı, hovuz, türk hamamı, xüsusi dizaynda mebeller, hətta girişdə resepşn da var. Villanın həyətində çardaqlar, meyvə və dekorativ ağaclar əkilib.