MALİYYƏ

Dövlət Neft Fondu 2025-ci ilin ilk rübündə 19 tona yaxın qızıl alıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2025-ci il mart ayının 31-nə investisiya portfelinin aktivlər üzrə bölgüsünü açıqlayıb.

ENA.az xəbər verir ki, qeyd olunantarixdə ARDNF-in investisiya portfelinin 25,8% qızıldan ibarət olub. 31 Mart 2025-ci il tarixində ARDNF 165,3 ton qızıla malik olub. Fondun ABŞ dolları portfelinin 16 milyard 134,4 milyon dollarlıq hissəsini (25,8%) qızıl investisiyaları təşkil edib. 

Qeyd edək ki, 2024-cü ili sonunda ARDNF 146,6 ton qızıla malik idi və bu miqdarda qızılın dəyəri 12 milyard 354,6 milyon dolları təşkil etmişdi. 

ARDNF 2025-ci ilin ilk rübü ərzində (yanvar-mart) 18,7 ton qızıl alıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)