Qızılın qiymətində YENİ REKORD

Qızılın qiyməti yeni rekorda imza ataraq bir unsiyası 3 212 dollara satılıb.
Bu barədə ENA.az “Comex” birjasının məlumatlarına istinadla xəbər verir.
Bakı vaxtı ilə saat 02:33-ə olan məlumata görə, qiymətli metalın unsiyası 3209,7 dollar (+2,17%), 02:48-də isə 3212 dollara (+2,24%) ticarət edilib.
Analitiklər hesab edirlər ki, dünyada qızılın qiymətinin bahalaşmasına Amerika Birləşmiş Ştatlarının 185 ölkə ilə ticarət müharibəsi səbəb olur. Burada, həmçinin qiymətli metalın təhlükəsiz aktiv kimi cəlbediciliyi rol oynayır.