Çin Trampa cavab verdi - 84%

“Çin rəhbərliyi ABŞ Prezidenti Donald Trampın 104 faiz həcmində gömrük rüsumlarına cavab olaraq qətiyyətli tədbirlər görəcək”.
TASS xəbər verir ki, bu barədə məlumatı Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Çzyan açıqlayıb.
“Qanuni hüquq və maraqlarımızın qoyunması üçün qətiyyətli və effektiv tədbirlər görməyə davam edəcəyik”, - deyə Çzyan qeyd edib.
Xatırladaq ki, Ağ Ev Çindən idxal olunan məhsullara 104 faizlik tarif tətbiq edildiyini və aprelin 9-dan əlavə vergilərin toplanacağını bildirib.