Avropa Parlamentində korrupsiya halları araşdırılır

Belçika prokurorluğu Avropa Parlamentində korrupsiyada şübhəli bilinən bir neçə nəfəri dindirmək üçün saxlayıb.
“Reuters” Belçika prokurorluğuna istinadən məlumat yayıb.
Qurumun məlumatına görə, federal polis Brüssel regionunda, həmçinin Flandriya, Valloniya və Portuqaliyada 21 axtarış əməliyyatı keçirib. İstintaq hesab edir ki, korrupsiya sxemləri, sənədlərin saxtalaşdırılması və saxta sənədlərdən istifadə 2021-ci ildən etibarən müntəzəm əsasda və "tamamilə gizli şəkildə" həyata keçirilib.