Aqrar

Azərbaycanda qoz bağlarının güzəştli şərtlərlə sığortası başlanır - ŞƏRTLƏR, QİYMƏTLƏR

Azərbaycanda kütləvi şəkildə əkilən daha bir bitkinin – qoz bağlarının dövlət dəstəyi ilə sığortalanması başlayıb.

Aqrar Sığorta Fondundan verilən məlumata görə, qoz bağı təsərrüfatlarının sahibləri bağları 50% güzəştli şərtlərlə sığorta edə bilərlər.

Sığorta haqqının yarısı dövlət tərəfindən ödənildiyinə görə, fermerlər cüzi ödənişlə bağlarını sığorta edə bilərlər. Belə ki, Quba-Xaçmaz regionunda fermer 1000 manatlıq qoz məhsulunun sığortalanması üçün 10 manat, Şəki-Zaqatalada 19 manat, Dağlıq Şirvan regionunda isə 17 manat sığorta haqqı ödəməlidir.

Qeyd edək ki, fermerlər qoz bağında gözlənilən məhsulla yanaşı, ayrıca olaraq ağacları və tingləri də sığorta edə bilərlər.

Təsərrüfatını sığortalamaq istəyən fermerlər Aqrar Sığorta Fondunun 1651 Çağrı mərkəzinə müraciət etməlidirlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)