Dövlət Neft Fondunun xarici ölkələrdəki əmlaklarının sayı açıqlanıb

Azərbaycanın xarici ölkələrdə 500 daşınmaz əmlakı var.
ENA.az xəbər verir ki, bu barədə media nümayəndələri ilə görüşdə Fondun İnvestisiya Departaçentinin müdiri Fərhad Zeynalov məlumat verib.
Onun sözlərinə görə, daşlnmaz əmlaklara ofis, ticarət mərkəzləri, yaşayış binaları, logistika, sənaye sahələri, xəstəxana və s tikililər daxildir.
Birbaşa investisiyalar London, Paris, Moskvadadır. Ümumilikdə daşınmaz əmlak portfelində zərərlilik olsa da, ötən il bu zərər azalaraq 0,2 faiz təşkil edib.