Bank

Trampın şəklini 100 dollarlıq əskinaslara qoymaq üçün senata qanun layihəsi daxil oldu

ABŞ Nümayəndələr Palatasının iki üzvü Benjamin Franklinin portretinin 100 dollarlıq əskinaslar üzərində prezident Donald Trampın portreti ilə əvəzlənməsi üçün qanun layihəsi təqdim edib.

Respublikaçı Nümayəndələr Brandon Gill və Troy Nehls sosial media platforması X üzərindəki paylaşımda “Qızıl Dövr 2025 Aktı” adlı qanun layihəsini Nümayəndələr Palatasına təqdim etdiklərini açıqlayıblar.

"Amerikanı çox qızıl dövrə aparmaq üçün prezident Trampdan daha çoxunu heç kim etmədi. Ona 100 dollarlıq əskinasda yer vermək, qarşıdakı dörd il ərzində həyata keçirəcəklərini şərəfləndirmək üçün kiçik bir yoldur", -deyib.

Gill “Gəlin tarix yazaq” deyərək qanun layihəsini dəstəkləməyə çağırıb. 

Təklif qanuna çevrilərsə, Trampın şəkli 2028-ci il dekabrın 31-dən sonra çap edilən bütün 100 dollarlıq əskinaslarda yer alacaq.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)