Dünya Bankı neftin qiyməti ilə bağlı proqnozunu azaldıb

Dünya Bankı (DB) 2025-2026-cı illər üzrə neftin qiyməti ilə bağlı proqnozunu azaldıb.
Bu barədə Dünya Bankının qlobal iqtisadiyyatla bağlı hesabatında bildirilib.
DB 2025-ci il üzrə neftin qiymətini 72 ABŞ dolları, 2026-cı il üzrə isə 71 ABŞ dolları proqnozlaşdırıb. Bu isə Bankın ötən ilin iyun proqnozu ilə müqayisədə 7% bəndi və 1% bəndi azdır.
Dünya Bankı həmçinin, qeyri-enerji əmtəə qiymətləri indeksini bu il üzrə 108,5, 2026-cı il üzrə isə 107 olaraq müəyyən edib. Bu isə Bankın əvvəlki proqnozundan müvafiq olaraq 2.4 və 0.4 bənd azdır.