Bank

Bank müştərinin hesabına səhvən 81 trilyon dollar köçürüb

ABŞ-nin “Citibank”ı (“Citigroup” maliyyə konqlomeratına daxildir) müştərisinin hesabına 280 dollar əvəzinə səhvən 81 trilyon dollar köçürüb.

TASS xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" (FT) qəzeti məlumat yayıb.

Köçürmə prosesini zəncirvari şəkildə işləyən iki işçi səhvi görməyib. Tranzaksiya qeydiyyata alındıqdan bir gün sonra təsdiqlənib, yalnız üçüncü mütəxəssis bank hesablarındakı balansda problemi aşkar edib və pul göndərildikdən 90 dəqiqə sonra köçürməni ləğv edib, vəsait bir neçə saatdan sonra geri qaytarılıb.

ABŞ Federal Ehtiyat Sistemi və digər tənzimləyicilər insidentlə bağlı məlumatlandırılıb.

Qəzetin əldə etdiyi hesabata əsasən, ötən il “Citibank”da 1 milyard dollar və ya daha çox məbləğdə səhv tranzaksiyalarla bağlı 10 kiçik miqyaslı insident qeydə alınıb. Bu cür hallar bankın nüfuzuna mənfi təsir göstərir. 2024-cü ildə bank risklərə nəzarətin zəif olması səbəbindən ümumilikdə 136 milyon dollar cərimə olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)