Gündəm

Tramp Avropa İttifaqına 25% rüsum tətbiq edir

ABŞ prezidenti Donald Tramp Avropa İttifaqından (Aİ) idxal olunan mallara 25 faizlik rüsum tətbiq etməyi planlaşdırdığını açıqlayıb. “Biz onları tezliklə elan edəcəyik. Avtomobillərdə və digər mallara rüsum 25 faiz təşkil edəcək”, – deyə ABŞ rəhbəri bildirib. O, həmçinin əlavə edib ki, Kanada və Meksikadan gələn mallara yüksək tariflər aprel ayından etibarən qüvvəyə minəcək.

Donald Tramp dəfələrlə Aİ-dən idxal olunan mallara yüksək tariflər tətbiq edəcəyinə söz verib. Fevralın əvvəlində o, ABŞ-nin Aİ-dən gələn mallara mütləq əlavə rüsumlar tətbiq edəcəyini söyləyib. Keçən həftə cənab Tramp avtomobil idxalına 25 faiz, eləcə də yarımkeçiricilər və dərmanlara oxşar tariflər tətbiq edəcəyini vəd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)