Sığorta

Aqrar Sığorta Fondu: Azərbaycanda əkinə yararlı ərazinin 1/4-i sığortalanır

Ölkədə əkinə yararlı ərazilərin 1 milyon 700 min hektar ərazinin hər il 450 min hektarı sığortalanır.

ENA.az xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov "Azərbaycanda aqrar sığorta: İnkişaf və perspektivlər" mövzusunda tədbirdə deyib.
O bildirib ki,  Azərbaycanda  əkinə yararlı torpaqların 96,6%i əkinə sığorta xidmətindən yararlana bilər: "Məqsədimiz  ölkədə sığortalanan predmetlərin əhatəsini genişləndirməkdir".
F. Sadıqov əlavə edib ki,  fond bir neçə il ərzində fəaliyyət göstərir:" Lakin aktivlərinin həcmi 9 milyon manatdan 30 milyona çatıb. 
Xatırladaq ki, 2024-cü il ərzində müxtəlif hadisələr nəticəsində zərərlə üzləşmiş fermer və təsərrüfatlara Aqrar Sığorta Fondu tərəfindən 6 milyon 423 min manat məbləğində aqrar sığorta ödənişi edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)