Persona

Zelenski: Biz investisiya və təhlükəsizlik sahəsində ABŞ ilə güclü razılaşmaya hazırıq

Zelenski sosial media hesabından verdiyi açıqlamada ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqu Kiyevdə qəbul etdiyini bildirib.

Zelenski cəbhədəki vəziyyəti, ukraynalı məhbusların evlərinə qaytarılmasını və ölkəsinin ehtiyac duyduğu effektiv təhlükəsizlik təminatlarını müzakirə etdiklərini deyib: “Bizim və bütün azad dünya üçün Amerikanın gücünü hiss etmək vacibdir”. qiymətləndirmə aparıb.

Ukraynanın müharibənin “ilk saniyələrindən” sülhə can atdığını vurğulayan Zelenski:

"Ukrayna ABŞ prezidenti (Donald Tramp) ilə investisiya və təhlükəsizlik üzrə güclü, həqiqətən faydalı razılaşmaya hazırdır. Biz nəticə əldə etməyin ən sürətli və konstruktiv yolunu təklif etdik. Komandamız 7/24 işləməyə hazırdır".

Zelenski ABŞ tərəfinə göstərdiyi dəstəyə görə təşəkkür edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)