Rusiyanın 258 milyard avrosu Belçikada "donub"

Belçika Maliyyə Nazirliyinin Xəzinədarlıq Departamenti müharibə və Avropa İttifaqının (Aİ) sanksiyaları çərçivəsində indiyə qədər ölkədə dondurulan Rusiya aktivləri ilə bağlı məlumatları paylaşıb.
Məlumata görə, Belçikada dondurulmuş və ya immobilizasiya edilmiş Rusiyanın 258 milyard avroluq aktivi var.
Bunun 65 milyard avrosu dondurulmuş aktivlər, 193 milyard avrosu isə Rusiya Mərkəzi Bankının immobilizasiya olunmuş əməliyyatlarıdır.
Qiymətli kağızların klirinq və saxlanması xidmətinin yerləşdiyi Euroclear-ın vətəni Belçika, Rusiya aktivlərinin ən çox dondurulmuş olduğu Aİ ölkəsidir.
Rusiya Mərkəzi Bankının Aİ tərəfindən dondurulmuş ehtiyatlarının əksəriyyəti Euroclear-da saxlanılır.