Gündəm

ABŞ xarici avtomobillərə 25 % rüsum tətbiq edəcək

ABŞ xarici avtomobillərə təxminən 25 % rüsum tətbiq etmək niyyətindədir, oxşar tariflər dərman vasitələrinə də tətbiq olunacaq.

Məlumata görə, bunu ABŞ Prezidenti Donald Tramp yeni fərmanlarını imzalayarkən jurnalistlərə açıqlamasında deyib.

“Yəqin ki, bu barədə aprelin 2-də deyəcəyəm, amma bu, 25 % olacaq”, - o deyib. Trampa xarici avtomobillər üçün nəzərdə tutulan rüsumların dərəcəsi ilə bağlı sual verilib.

Ağ Ev rəhbərinə əczaçılıq məhsullarına mümkün tariflər barədə də sual verilib. "25 % və yuxarı. Onlar il ərzində çox əhəmiyyətli dərəcədə artacaq", - cavab verib.

İmzalanma ABŞ liderinin Florida ştatının Vest-Palm-Biç şəhəri yaxınlığında yerləşən Mar-a-Laqo malikanəsində baş tutub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)