Azərbaycanda yanvarda gündəlik neft hasilatı 559 min barel təşkil edib
Bu ilin yanvar ayında Azərbaycanda gündəlik neft hasilatı (kondensatla birlikdə) 74,5 min ton (559 min barrel) təşkil edib.
ENA.az Azərbaycanın Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunun 61,7 min tonunu (gündəlik 454 min barel) neft, 12,8 min tonunu (gündəlik 105 min barel) kondensat təşkil edib.
Beləliklə, Azərbaycan yanvarda OPEC kvotasından 82,4 % istifadə edib.
Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel (74 min 259 ton) təşkil edir.