Nazir: “Ötən il ARDNF-dən transfertlərin büdcə gəlirlərində xüsusi çəkisi 34% olub”
![](https://ena.az/uploads/news/2025-02/_ena_3529a6697acd889b92ec4e425_o.jpg)
Qarabağ Dirçəliş Fonduna 16 mindən çox hüquq və fiziki şəxs tərəfindən ianələr edilib. Əksər ödənişlər sahibkarlıq subyektləri tərəfindən olunub.
Bu barədə “Vergi xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” forumunda çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, ötən il ÜDM-in artımı 4,1 faiz təşkil edib.
“Büdcənin qeyri-neft gəlirlərinin artması hesabına ARDNF-dən büdcəyə transfertin orta illik nominal həcmi 11-12 milyard manat səviyyəsində saxlanılmaqla, büdcə gəlirlərində xüsusi çəkisi 2018-ci ildəki 49 faizdən 2024-cü ildə təsdiq edilmiş 34 faizə enib. Ötən il qeyri-neft sektoru üzrə iqtisadi artım və fiskal daxilolmalar sahəsində aparılan “ağarma tədbirləri” nəticəsində dövlət büdcəsində transfertin azalması və sərbəstləşən bu vəsaitlərin idarəedilməsi hesabına Dövlət Neft Fondunun aktivləri 2018-ci ildəki 38,5 milyard dollardan ötən ilin sonuna 60 milyard dollar səviyyəsinə yüksəlib”, – deyə nazir əlavə edib.