Mərkəzi Bank elektron pul təşkilatına lisenziya verdi
![](https://ena.az/uploads/news/2025-02/_ena_0457b03241e9f8a4f999232a7_o.jpg)
Azərbaycan Mərkəzi Bankı “Tiko Azərbaycan” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub.
Bu barədə Mərkəzi Bankın İdarə Heyəti 10 dekabr 2024-cü il tarixli Qərar imzalayıb.
Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam etməkdədir. Ödəniş xidmətlərinin həyata keçirilməsi üzrə verilən lisenziyalarla bağlı məlumatlar Mərkəzi Bankın internet səhifəsi vasitəsilə açıqlanır.