Nazirlik biri 1500 manatdan 100 smartfon alır - TENDER
Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi hissələri üçün smartfon tipli mobil telefonlar satın alır. Bunun üçün elan olunan tenderdə 150 min manatdan çox vəsait nəzərdə tutulub.
Dövlət satınalmalar portalında yerləşdirilən məlumata görə, 100 ədəd smartfon alınacaq və bu məqsədlə 150.999,00 AZN nəzərdə tutulub.
Belə çıxır ki, söhbət qiyməti 1500 manatdan yuxarı olan mobil telefonlardan gedir.