Bank

PAŞA Bank Gürcüstan mənfəət açıqlayıb

PAŞA Bank Gürcüstan 2024-cü il üzrə hesabatını açıqlayıb. ENA.az xəbər verir ki, hesabata əsasən, Bank 7 milyon 290,819 min lari mənfəət əldə edib.

Bankın aktivlər  534 milyon 709,011 min laridən 705 milyon 937,898 min lariyə yüksəlib. Kredit portfeli 336 milyon 106,492 min laridən 400 milyon 491,657 min lariyə çatıb.

Depozitlərin həcmi bir ildə 42,2 faiz artaraq 543 milyon 742,580 min lariyə çatıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)