Gündəm

Aİ Şurası Ermənistandakı müşahidə missiyasının mandatını uzadıb

Avropa İttifaqı (Aİ) Şurası Ermənistandakı müşahidə missiyasının mandatını iki il - 19 fevral 2027-ci ilədək uzadıb.

Bu barədə Aİ Şurası məlumat yayıb.

"Şura bu gün Avropa İttifaqının Ermənistandakı missiyasının (EUMA) mandatının daha iki il - 2027-ci il fevralın 19-dək uzadılması və 2025-ci il fevralın 20-dən 2027-ci il fevralın 19-na qədər olan dövr üçün 44 milyon avrodan çox büdcə ayırmaları barədə qərar qəbul edib", - Şuranın qərarında deyilir.

Aİ Şurası qeyd edib ki, missiyanın tərkibində Kanada da daxil olmaqla 25 ölkəni təmsil edən beynəlxalq və yerli heyətdən ibarət 200-dən çox əməkdaş yer alır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)