ABŞ Türkiyəyə dempinq tətbiq etdi
ABŞ Ticarət Nazirliyi dörd ölkəyə dempinq tətbiq etdiyini açıqlayıb. Bu ölkələrin arasında qonşu Türkiyə də var və dempinq siyasəti qiymətlərin maya dəyərindən aşağı salınması deməkdir.
Businessinsider.az xarici mətbuata istinadən xəbər verir ki, dempinq tətbiq edilən ölkələrin sırasına Kanada, Yunanıstan və Cənubi Koreya da daxildir.
ABŞ Ticarət Nazirliyi ilk növbədə boru idxalına ABŞ bazarında dempinq tətbiq edildiyini açıqlayıb, bu isə o deməkdir ki, məhsulun idxalına əlavə gömrük vergisi tətbiq edilməsinə zəmin hazırlaya bilər.
Cənubi Koreya və Türkiyənin ixracını subsidiyalaşdırdığını bildirən nazirlik məhsulu bazar qiymətindən Kanadanın 12.32%, Yunanıstanın 9.96%, Cənubi Koreyanın 20.39% və Türkiyənin isə 5.05%-ə qədər aşağı satdığını qeyd edib.
Qeyd edirlir ki, ABŞ Beynəlxalq Ticarət Komissiyası davam edən istintaq sonunda yerli sənayenin zərər gördüyünü müəyyən edərsə, bu məhsullara gömrük vergisi tətbiq ediləcək.
Məlumat üçün qeyd edək ki, dempinq - malların daxili və xarici bazarda süni surətdə endirilmiş, orta qiymətlərdən aşağı, bəzən isə maya dəyərindən aşağı satılmasıdır. Dempinq bazara müdaxilə etmək, orada yer tutmaq, rəqibləri sıxışdırıb çıxarmaq məqsədilə həyata keçirilir.