Trampın təsiri ilə neft qiymətləri ucuzlaşır - QİYMƏT (23.01.2025)
Neft qiymətləri ABŞ prezidenti Donald Trampın bir sıra ölkələrə təklif etdiyi tariflərin qlobal iqtisadi artıma və enerji tələbatına mənfi təsir edəcəyi ilə bağlı narahatlıqlar fonunda ucuzlaşır.
Brent markalı neftin fyuçersləri 23 sent və ya 0,3 faiz ucuzlaşaraq barreli 78,79 dollara, ABŞ-ın Qərbi Texas nefti (WTI) isə 18 sent və ya 0,2 faiz ucuzlaşaraq barreli 75,26 dollar olub.
Əvvəlki sessiyada Brent fyuçersləri ardıcıl beşinci gün itki ilə 79,00 dollar səviyyəsində bağlanıb. WTI markalı neftin fyuçersləri ardıcıl dördüncü eniş günüdür ki, 75,44 dollar səviyyəsində bağlanıb.
Tramp bildirib ki, əgər ölkə Ukraynadakı müharibəni dayandırmaq üçün razılıq əldə etməsə, Rusiyaya qarşı sanksiyalar təhdidinə yeni tariflər əlavə edəcək. O əlavə edib ki, bunlar “digər iştirakçı ölkələrə” də şamil oluna bilər.
Tramp həmçinin Avropa İttifaqına tariflər tətbiq edəcəyini, Kanada və Meksikaya 25 faizlik tariflər tətbiq edəcəyini vəd edib və onun administrasiyasının fentanilin ABŞ-a oradan daşındığı üçün Çinə 10 faizlik cəza rüsumunun tətbiqini müzakirə etdiyini bildirib.