Ötən il mina və partlamamış sursatlardan təmizlənən ərazinin sahəsi açıqlandı
![](https://ena.az/uploads/news/2025-01/_ena_faba2625a3ee787a4dbdaf1bc_o.jpg)
Ötən il 110,27 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib, 161 ədəd piyada, 20 ədəd tank əleyhinə mina, 220 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib.
Bu barədə Dövlət Sərhəd Xidmətinin 2024-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsində məlumat verilib.
Bununla yanaşı, keçən il 1 000 metr məsafədə hərəkət təhlükəsizliyi üçün xüsusi vallar salınıb, 30,6 km məsafədə mühəndis-texniki çəpər və fiber-optik kabel xətti çəkilib.
Eyni zamanda, ötən il işğaldan azad edilmiş ərazilərdə 15.9 km yeni yol çəkilib, 126.5 km yol əsaslı təmir olunub.