Azərbaycanın sərhəd rejimini pozduqlarına görə isə 10 min 500 nəfər saxlanılıb
![](https://ena.az/uploads/news/2025-01/_ena_8741a5826a8a215cbf9e7b380_o.jpg)
Ötən il Azərbaycanın dövlət sərhədini pozduqlarına görə 514, sərhəd rejimini pozduqlarına görə isə 10 min 500 nəfər saxlanılıb
Bu barədə Dövlət Sərhəd Xidmətinin 2024-cü ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirədə məlumat verilib.
Bildirilib ki, sərhədçilərin sayıqlığı nəticəsində həmçinin axtarışda olan 3 726, saxta sənədlərlə 123, özgəsinə məxsus sənədlə 10, dövlət sərhədindən buraxılış məntəqələrindən gizli şəkildə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb.