Əsas məzmuna keç
Bakı +7°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İqtisadiyyat

30 yeni vaqon alınacaq

30 yeni vaqon alınacaq

Ötən il 2 tam müasir qatar tərkibi alınaraq istifadəyə verilib. Ondan əvvəl 3 yeni qatar tərkibi alınaraq xəttə buraxılıb. 

Bunu  "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov bildirib.

Əlixan Osmanov əlavə edib ki, bu il 30 vaqon istismar müddətini başa vurur: "Yeni vaqonların alınması ilə bağlı müqavilə bağlanılıb və müqaviləyə uyğun olaraq 30 yeni vaqon alınacaq. İyun ayından başlayaraq, Bakıya hər ay bir qatar tərkibi, yəni 5 vaqon gətirəcəyik. Bakıda sazlama işləri aparıldıqdan sonra qatarlar xəttə buraxılacaq. Alınan yeni vaqonlar da müasir standartlara tam cavab verəcək".

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə