"MJ Finance" işçi axtarır - MAAŞ 1000-1200 AZN
Problemli kreditlər üzrə kiçik mütəxəssis
Son tarix 06 fev 2025
Vəzifə öhdəlikləri:
- BOKT daxili təlimat, qayda və prosedurların, əsasnamələrin ekspertizasının həyata keçirilməsində və müvafiq təkliflərin hazırlanmasında iştirak etmək;
- Zəruri sənədləri PKİD-ə aid xüsusi proqram təminatına yükləyir;
- BOKT-un əmlakları ilə bağlı sənədləşmə və qeydiyyat işlərini aparmaq;
- Təyin olunmuş portfelin idarə olunması;
- Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.
Tələblər:
- Struktur bölmənin fəaliyyətinin yönümü üzrə ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq);
- Müvafiq sahə üzrə 1 il iş təcrübə tələb olumur;
- 1C/8.3 proqramında işləmək bacarığı üstünlükdür;
- Effektiv ünsiyyət bacarığı və komanda daxilində işləmək bacarığı;
- Dəqiqlik, detallara fikir vermək qabiliyyəti.
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili biliyi üstünlükdür
- Bəy namizədlərə üstünlük verilir.
İş barədə məlumat:
- Əmək haqqı: 1000–1200 AZN
- İş yeri: Bakı şəh, Aşıq Molla Cümə küç.
- Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
- 6 günlük iş qrafiki: I-V-ci günlər 10:00-18:00, VI-cı günlər 10:00-14:0
CV-lərinizi “Problemli kreditlər üzrə kiçik mütəxəssis” başlığı altında hr@mjfinance.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır.