Gündəm

AZAL-ın prezidenti: Təyyarəyə üç xarici təsir olub

Təyyarəyə üç xarici təsir olub və nəticədə təyyarə qəzası baş verib.

Bunu “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Samir Rzayev hava limanındakı vida mərasimində deyib.

O bildirib ki, qara qutu artıq açılıb oxunur:

“İlkin məlumatlar sübut edir ki, təyyarəmizə qeyri-qanuni xarici təsirlər olub. Təəssüf ki, heyət yerə siqnal göndərəndə Mahaçqala və Qroznı hava limanı təyyarəni qəbul etməyib. Heyət o vəziyyətdə idarəedilməz təyyarəni idarə edib, eniş ediblər. Bu, bizim pilotların yüksək keyfiyyətlərə cavab verməsinin nəticəsidir”, – o deyib.

S. Rzayev əlavə edib ki, qəzanın səbəbləri araşdırılacaq və ictimaiyyətə məlumat veriləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)