Türkiyədə minimum əməkhaqqı ARTIRILDI

Türkiyədə minimum əməkhaqqı artırılıb.
ENA.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.
O bildirib ki, minimum əməkhaqqı 30 faiz artırılaraq 22 min 104 lirəyə çatdırılıb.
“Ölkəmizə və millətimizə xeyirli olsun”, - Ərdoğan paylaşımda qeyd edib.