Biznes-satira

Vergi OMBUDSMANI haqqında...

Rəis, şəxsi hesab vərəqəsində artıqödəmə var, ödəyiçi geri istəyir- OLMAZ !
Rəis, kameral vergi hesablanıb, gərək səyyar yoxlama aktı ilə həmin hesablamanı azaldım-OLMAZ!
Rəis, haqsız olduğumuz üçün məhkəmədə uduzmuşuq, bəlkə apellyassiya və ya kassasiya şikayəti verməyək?-OLMAZ!
Rəis, ƏDV depozit hesabına blok qoyulub, ödəyici çoxlu şikayət yazır, bəlkə bloku aradan qaldıraq-OLMAZ!
Rəis, yoxlama zamanı nəsə tapa bilmirəm,hər şey qaydasındadır, təmiz akt yazım-OLMAZ!
Rəis, müddəti buraxmışıq, vergi hesablana bilməz, akt ləğv olunmalıdır-OLMAZ!
Rəis, əsassız kameral hesablanıb, şikayəti təmin edək?-OLMAZ!
Rəis, 200 manat borc var, ümudsiz borcdur, silinməlidir-OLMAZ!

Bütün bu olmazlardan sonra Rəis bəyan edir: sahibkarların hüquq və qanuni mənafelərini daha etibarlı şəkildə müdafiə etmək üçün Vergi OMBUDSMANI yaradılmalıdır.

PS: Vergi Məcəlləsində yaddan çıxmış maddə, kimsənin əhəmiyyət vermədiyi, Rəisin isə bundan xəbəri olmadığı müddəa var

24.0.2- vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək vergi orqanlarının VƏZİFƏSİDİR (yəni OMBUDSMANIN görəcəyi iş)

 

Vəli Əliyev

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department