Xankəndidə 3 milyon manata “Zəfər parkı” salınacaq

“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs “Şinkar Holding” MMC ilə 3 milyon manatlıq müqavilə bağlayıb.
Məlumata görə, müqavilədə Xankəndi şəhərində “Zəfər parkı”nın salınması üçün söküntü işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 2.994.837 manatdır.