Bank

Kapital Bank-ın müştərilərini daha çox nə narahat edir? - AÇIQLAMA

Kapital Bank-ın müştərilərini daha çox nə narahat edir? 
Bu barədə danışan Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov bildirib ki, kart istifadəçilərinin sayı sürətlə artdıqca kiber təhdidlərin artdığı indiki dövrdə dələduzluq hallarının artmasına gətirib çıxarır.
Sədrin sözlərinə görə, 140 min müştərinin kart məlumatlarının oğurlanması üçün 200 min əməliyyat olub ki, bu da, ötənilkindən iki dəfə çoxdur.. 
Bunların qarşısını almaq üçün 100 saxta sayt, mindən artıq sosial şəbəkə profili bağlanıb.  
"Etiraf edim ki, mənim qohumlarımın da başına belə hadisələr gəlib. Kiber təhlükələr məzmunca dəyişib və çoxalıb" - deyə F.Hüseynov vurğulayıb. 
Baş maliyyə inzibatçısı Cavid Mirzəyev bildirib ki, bu kimi halların qarşısını almaq üçün bankda Kiber Təhlükəsizlik Departamenti yaradılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)