2025-ci il dövlət büdcəsinin gəlirləri 38 milyard 316 min manat, xərcləri 41 milyard 367 min 600 manat müəyyən edilib

2025-ci ilin dövlət büdcəsinin proqnozlaşdırılan gəlirləri və xərcləri artırılır.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib.
O qeyd edib ki, 2025-ci il dövlət büdcəsinin gəlirləri 38 milyard 316 min manat, xərcləri 41 milyard 367 min 600 manat müəyyən edilib:
“2025-ci ilin büdcəsi dövlətin siyasi, iqtisadi hərbi gücünü nümayiş etdirməklə qarşıya qoyulan prioritetlərin həlli üçün maliyyə imkanları yaradır”.